Accessibility links

Vaşinqton və Tehran İranın nüvə proqramı barədə danışıqların bərpasında maraqlı görünür


Ramin Mehmanpərəst və Stiven Çu müvafiq olaraq İran və ABŞ-ın danışıqlara hazır olduğunu bildirib

Bu gün ABŞ və İran rəsmiləri Tehranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək barədə maraqlarını izhar ediblər. ABŞ enerji naziri Stiven Çu və onun müavini bildirib ki, Vaşinqton hər zaman İranla yenidən təmasa keçməyə maraqlı olsa da, Tehranın danışıqlarda səmimiliyinə əmin olmaq istəyir. Enerji nazirinin müavini Daniel Ponmanın sözlərinə görə, İran BMT-nin daimi üzvləri və Almaniya ilə nüvə danışıqlarında məsələlərin daha ətraflı müzakirəsinə imkan tanımalıdır. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst isə bildirib ki, İran danışıqlara hazırdır, ancaq ölkə ümid edir ki, qarşı tərəf danışıqlara daha səliqəli yanaşmaq göstərəcək və İranın nüvə hüquqlarını tanıyacaq.

XS
SM
MD
LG