Accessibility links

Vaşinqtonda təşkil edilən yürüşlərdə minlərlə insan iştirak edir


Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil edilən yürüşlərdə minlərlə insan iştirak edir. Yürüşlər Amerikanın dəyərlərini təcəssüm etdirən şəxsiyyətlərin anım tədbiridir.

Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil edilən yürüşlərdə minlərlə insan iştirak edir. Yürüşlər Amerikanın dəyərlərini təcəssüm etdirən şəxsiyyətlərin anım tədbiridir. Tədbirlər siyasi mahiyyət daşımasa da, natiqlər arasında vitse-prezidentliyə sabiq respublikaçı namizəd Sara Peylin yer alır. Tədbirlərdən biri Abraham Linkoln memorialı qarşısında keçirilir. Həmin bu yerdə bir zamanlar vətəndaş hüquqları müdafiəçisi Martin Lüter King “Mənim bir arzum var”adlı nitqini söyləmişdi. Yerli məktəb binasında keçirilən ikinci tədbir dən sonra iştirakçılar insan hüquqları liderinin məzarını ziyarət edəcək.

XS
SM
MD
LG