Accessibility links

Amerikalıların vaksinasiya hədəfi iki həftə əvvələ çəkilib


Amerikalıların vaksinasiya hədəfi iki həftə əvvələ çəkilib
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Amerikalıların vaksinasiya hədəfi iki həftə əvvələ çəkilib

ABŞ aprel ayının sonuna qədər 200 milyon amerikalıya peyvənd vurma hədəfinə çatmağa yaxınlaşırkən, Bayden administrasiyası COVID-19 -la mübarizə üçün koordinator təyin edərək digər ölkələrə yardım istiqamətində daha çox addımlar atır.

Prezident Bayden aprelin 19-na qədər ABŞ-dakı bütün yetkinlərin peyvəndlə təmin ediləcəyini açıqlayıb. Bu, mayın 1-dək nəzərdə tutulan möhlətdən iki həftə əvvəl deməkdir.

“İndi gündə orta hesabla 3 milyon, həftədə 20 milyondan çox iynə vurulur. Yalnız şənbə günü 4 milyondan çox vaksin vurulduğunu bildirdik. 150 milyon vaksin tətbiq edilən lk ölkəyik və 62 milyondan çox insana tam peyvənd vuran birinci ölkəyik,” Bayden deyib.

Peyvəndləri paylaşmaq üçün digər ölkələrin təzyiqi altında olan Bayden cari həftənin əvvəlində Geyl Smiti qlobal COVID-19 reaksiyası üçün koordinator təyin edib.

"Amerika rəhbərliyinə son dərəcə ehtiyac var və mən bu ehtiyacı qarşılaya biləcəyimizə çox inanıram," ictimai sağlamlıq təhlükəsizliyi üzrə koordinator Geyl Smit bildirib.

Bir çox aşağı və orta gəlirli ölkəyə Birləşmiş Millətlər Təşkilatının qlobal peyvənd paylama mexanizmi çərçivəsində Çin peyvəndləri və COVAX-dan gələn dozalar vurulmağa başlanıb.

Ekspertlər isə ABŞ-ın artıq dozalarla vaksin təminatından başqa çox şey edə biləcəyini deyir.

“Bu, hədəf olaraq istehsal gücünün artmasına kömək edə bilər. Dünyadakı qeyri-şəffaf, xaotik və bu anda cavaba qadir olmayan peyvənd bazarına nizam və şəffaflıq gətirə bilər” - deyə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Stefen Morrison bildirib.

Aprelin 7-də Bayden Virciniaydaki bir kilsədə peyvənd sahəsini ziyarət edib. Onun administrasiyası vaksin vurdurmaq istəməyən 20 faiz amerikalını inandırmağa kömək etmək üçün dini və icma liderlərinin koalisiyasını yaradıb.

Amerikalılar bu həftənin əvvəlində kollec basketbol oyunu qələbəsini qeyd etdikləri kimi sağlamlıq protokollarına getdikcə daha çox meydan oxuyurlar.

“Hər gün 60 mindən çox yeni yoluxma faktına rast gəlirik. İndi bu virusu top oynamağa, restoran və barlara toplaşan gənclər yayır” - deyə,Vanderbilt Universiteti Tibb Fakültəsindən Vilyam Şnaffer bildirib.

Ağ Evin bildirdiyinə görə, ABŞ-da yetkinlərin təxminən 40%-ı azı bir doza vaksin qəbul edib. Ümumi əhalinin isə demək olar ki, 20%-i tam vaksinasiyadan keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG