Accessibility links

Venesuelanın Valensiya şəhərindəki hərbi bazaya hücum terror aktı kimi qiymətləndirilir


Venesuelanın Sosialist Partiyasının lideri Diosdado Kabello Valensiya şəhərindəki hərbi bazaya qarşı hücumu terror aksiyası kimi qiymətləndirib.

Paramakay hərbi bazasına hücum qüvvələr tərəfindən dərhal nəzarət altına alınıb - deyə prezident Maduronun tərəfdarı Kabello bildirib.

Bəyanat hərbi uniformada və əllərində tüfənglərlə Maduroya qarşı inqilab elan etdiklərini deyən şəxslərin videolarının paylamasından sonra verilib. Valensiya Karabobo ştatında yerləşir.

Aylarla davam edən etirazlara baxmayaraq, Venesuelanın mübahisəli assambleyasının inaqurasıyası baş tutub.

Prezident Nikolas Maduronun oğlu və xanımının da daxil olduğu 545 yerlik assambleya yekdilliklə xarici işlər naziri Delsi Rodrigesi assambleyanın prezidenti vəzifəsinə təyin edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG