Accessibility links

Dollar yenə bahalaşıb


Dollar-manat
Dollar-manat

Dekabrın 29-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

Mərkəzi Bankın məlumatına görə, bu günki hərrac 1 ABŞ dolları üçün 1,7662 məzənnəsi ilə başlanıb və 1,7707 məzənnəsi ilə yekunlaşıb. .

Azərbaycan Mərkəzi Bankı bu gün USD/AZN rəsmi məzənnəsini 1,7662 səviyyəsində müəyyənləşdirib.

Artıq iki aya yaxındır kommersiya bankları nağd dollar satmır. Ölkədə faktiki valyuta qıtlığı yaranıb. Hüquq mühafizə orqanları isə "qara bazar"da valyuta satışının qarşısını alır.

Ekspertlər hesab edir ki, valyuta bazarındakı hazırki durum yeni devalvasiyanı qaçılmaz edir. Bununla yanaşı, bir sıra ekspertlər belə durumun davam etməsinin yaxın aylarda ölkədə mal qıtlığına səbəb olacağını güman edir.

XS
SM
MD
LG