Accessibility links

DTX ölkədən külli miqdarda valyutanı qanunsuz yolla çıxaranları saxlayıb


Dövlət Təhlükəsizlik Xidməti valyuta qaçaqmalçılarını saxlayıb

2017-ci il ərzində Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80.731.282,0 ABŞ dolları, 5.270.227.972,0 Rusiya rublu, 248.915 avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarılıb. Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə 15-18 yanvar 2018-ci ildə həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

İctimai Əlaqələr Şöbəsi bildirir ki, Cinayət Məcəlləsinin 206.3.1 (Qaçaqmalçılıq-təkrar törədildikdə), 206.3.2 (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 192.2 (Qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşları Aqil Məmmədov, Mustafa Mustafayev və Vüqar Babayev, habelə Gürcüstan vətəndaşı Mamed İzmailov və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG