Accessibility links

Dollar yenə bahalaşıb


Noyabrın 17-də keçirilən valyuta hərracında dolların məzənnəsi 1.7089 manata qədər bahalaşıb. Hərrac 1 dollar üçün 1.7039 manat məzənnəsi ilə başlayıb.

Azərbaycan Mərkəzi Bankı noyabrın 16-da dolların məzənnəsini 1,7039 manat elan edib.

Oktyabrın ortalarından başlayaraq dolların məzənnəsinin sürətlə artması fonunda daha çox kommersiya bankları Amerika valyutasının satışını dayandırır.

Belə ki, noyabrın 16-da 15-dək bank əhaliyə dollar və avro satmır ki, bu da “qara bazar”ın çiçəklənməsinə şərait yaradır.

Rəsmi məzənnə bir dollara görə 1,7039 manat olduğu halda banklar valyutanı 1,7720 manata satır, 1,7670 manata alır.

Eyni zamanda “qara bazar”da dollar 1,82 manata satılır, 1,81 manata alınır.

Ekspertlər ilin sonuna qədər dolların məzənnəsinin 1,80-1,85 manata çatacağını proqnozlaşdırırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG