Accessibility links

Valyuta dəyişdirilməsində yeni qayda


Yanvarın 6-dan qüvvəyə minən yeni “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları” banklara müstəqil şəkildə valyuta məzənnəsini müəyyən etmək hüququ verir.

Qaydalar 29 dekabr 2015-ci ildə AMB sədri Elman Rüstəmovun əmri ilə təsdiq edilib.

Qaydalarda mübadilə məntəqələrinin və mübadilə əməliyyatlarının təşkili qaydaları müəyyən edilir. Əslində nağd xarici valyuta satışına məhdudiyyətlər tətbiq edilir. Belə ki, yeni Qaydaya əsasən mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır.

Mübadilə əməliyyatı kompüter məlumat bazasına daxil edilməli, bank əməliyyat sistemindən çıxarış verilməlidir. Bank çıxarışında bankın adı, mübadilə şöbəsinin nömrəsi, ünvanı, əməliyyatın tarixi və vaxtı, əməliyyatın və ya xidmətin növü göstərilməlidir. Bu şərtlər yol çekinə də aiddir.

Valyuta şübhə doğurduqda onu təqdim edən şəxsin pasport məlumatları, Email və telefonu qeydə alınır.

AMB sədri Elman Rüstəmovun əmri Rusiya Mərkəzi Bankının 24 dekabr tarixli qərarının ardınca verilib. Bu qərara əsasən, mübadilə məbləği 15 min rublu ($ 210) keçəndə müştəri tam identifikasiya edilməlidir. Öz növbəsində Rusiya Mərkəzi Bankının qərarı 15 oktyabr 2015-ci il tarixli "Kredit təşkilatlarının cinayət yolu ilə əldə edilən və terrorçuluğun maliyyələşməsi üçün çirkli pulların yuyulmasının qarşısını almaq üçün müştərilərin, müştərilərin təmsilçilərinin, gəlir əldə edənlərin identifikasiyası haqqında Əsasnamə "yə əsaslanır.

Turan agentliyinin ekspertləri qeyd edir ki, bu tədbir yeni deyil və milli valyutanın devalvasiyasını yaşayan bir sıra ölkələrdə tətbiq edilib. Belə addımlar milli valyutanın xarici valyutaya çevrilməsi templərini aşağı salmağa və bununla da xaricə kapital axınının qarşısını almağa hesablanıb. Belə təcrübə məsələn, Ukraynada tətbiq edilib, lakin effekt verməyib və 2015-ci ilin oktyabrın 23-də ləğv edilib. Müştərinin identifikasiyası 300 min qrivnadan artıq (12,4 min dollar) valyutanın dəyişdirilməsi zamanı həyata keçirilir.

Bütün bunlarla yanaşı, Azərbaycan Mərkəzi Bankının manatın dollara nisbətdə rəsmi məzənnəsini dəyişməsə də yanvarın 7-də ($1 = 1,5626) valyutadəyişmə məntəqələri dolları 1,62 manata alır, 1,72 manata satırlar.

Qeyd edək ki, yeni il günlərində də dollar həmin məzənnə ilə satılıb. Bayramlardan sonra dolları 1,66 və ya 1,65 manata almaq olar. Lakin yanvarın 6-dan bazarda yenidən valyuta qıtlığı yaranıb ki, bu da hazırda davam edir.

Avronun rəsmi məzənnəsi 1,6913 manat müəyyən edilib, lakin valyutadəyişmə məntəqələrində1,82 manatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG