Accessibility links

Van Klaybern piano müsabiqəsi yaxşıların yaxşısını seçir


1962-ci ildən başlayaraq hər il bütün dünyadan pianoçular Van Klaybern adına beynəlxalq piano müsabiqəsində iştirak edir. Texasda keçirilən müsabiqəyə bu il 19 və 30 yaşları arasında 30 pianoçu qatılıb.

Van Klaybern müsabiqəsinin finalına çıxmaq üçün illərlə musiqi öyrənmək, saatlarla məşq etmək və güclü əsəblərə malik olmaq lazımdır.

please wait

No media source currently available

0:00 0:05:03 0:00
Direct link


Kaliforniya ştatından Şen Çen altı finalistdən biridir. Müsabiqədə iştirak etmək onun həyatının arzusu olub:” İndi geriyə baxıram. İlk dəfə Culliard musiqi məktəbinin şagirdi olduğum vaxtlardan başlayaraq bir çox beynəlxalq müsabiqədə iştirak etmişəm. Əvvəllər elə olub ki, birinci və ya ikinci raunddan sonra çıxmalı olmşam. Keçən il Seulda ikinci yeri qazandım, Klinvlenddə isə birinci raunddan sonra müsabiqədən çıxdım. Amma mən işləməyə davam edirdim və indi Klaybern müsabiqəsindəyəm, özü də finala çıxmışam.”


Vadim Xolodenko
Vadim Xolodenko
Şen Çen müsabiqənin nəyə görə əhəmiyyət daşıdığını izah edir:“Klaybern hər hansı bir müsabiqədə insanı ən çox ruhlandıran bir musiqiçi olub. Sosial media və yayıma gəldikdə müsabiqə bu il gözəl təşkil edilib. Müsabiqə internetdə yayımlanır, burada Hollivudun çəkiliş qrupu işləyir. Amma ən əsas finalistlərin gələn dörd il ərzində konsertlər verməsi üçün imkan yaradılır. Bu, gənc musiqiçilər üçün çox önəmlidir.”


Müsabiqənin münsiflər heyətinin işi də asan deyil. Onların dinlədiyi hər bir pianoçu böyük nailiyyətlər əldə edib, yüksək texniki vərdişlərə malikdir və yüksək ifaçılıq nümayiş etdirir. Onların professionallıq səviyyəsi olduqca yüksəkdir. Buna görə də münsiflər heyətinin üzvləri hər bir nüansı nəzərə almalıdır.

Münsiflər heyətinin sədri Con Ciordano 1973-cü ildən müsabiqədə musiqiçilərə qiymət verir. O, pianoçuların fövqəladə yüksək ifasını qeyd edir: “Burada texniki baxımdan yüksək ifaçılığa qiymət verməkdən söhbət getmir. Məsələ burasındadır ki, siz bu ifanı bir də dinləmək istəyərdəniz, yoxsa yox. Onların düzgün, ya da səhv not götürməsi əsas deyl. Deyək ki, kimsə bir notu ötürüb, amma musiqinin ruhu çatdırılıb. O zaman buna fikir vermirsiniz, bunu heç hiss də etmirsiniz. Kiminsə ifası sizi həyəcanlandırırsa, bu, möhtəşmdir, çox gözəldir.”

Van Klaybern
Van Klaybern
Müsabiqədə gərgin rəqabət gedir. Lakin İtaliyadan Beatris Lana kimi gənc pianoçular deyir ki, burada iştirak etməyə dəyər:”Çünki bu, dünyada pianoçuların ən mühüm müsabiqələrindən biridir. Özü də müsabiqə pianoçuların sonradan sabit karyera qurmasını təmin edir. Klaybern müsabiqəsində yaxşı yer qazanmaq konsertlər vermək istəyən musiqi üçün gözəl gələcək hazırlayır.”

Bu, fevral ayında Van Klaybernin dünyasını dəyişməsindən sonra keçirilən ilk müsabiqədir. Van Klaybern 1958-ci ildə Moskvada Çaykovski adına piano müsabiqəsində birinci yeri qazanmışdı. Soyuq müharibənin ən gərgin vaxtları o bu mötəbər müsabiqədə birincilik qazanan ilk qeyri-rus pianoçu olmuşdu. Klaybern Birləşmiş Ştatlarda paradla qarşılanmışdı.

Pianoçuların solo və orkestrlə ifasını dinlədikdən sonra münsiflər heyəti ən yüksək mükafatı qazanan musiqiçinin adını elan edir. Hamı həyəcanla qalibin adını gözləyir.
Qızıl medal Ukraynadan Vadim Xolodenkoya verilir.

Vadim Xolodenko aparıcı klassik musiqi ifaçıları kimi tanınan Van Klaybern mükafatını qazanmış digər qaliblərin sırasına qatılır.


Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG