Accessibility links

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri görüşəcək


Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri görüşəcək
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri görüşəcək

Görüş Türkiyənin Van şəhərində olacaq

Martın 14-də Türkiyənin Van şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq. Bu barədə martın 13-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın xarici işlər nazirinin müavini İbrahim Rəhmanpur ilə görüşü zamanı bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytının məlumatına görə bu formatda görüşlər üç ölkə arasında əməkdaşlığın inkişafına töhfə verir.

Qarşıdakı görüş üçüncü belə görüş olacaq. İlk iki görüş İranın Urmiya və Azərbaycanın Naxçıvan şəhərlərində keçirilib. İranlı diplomat ilə görüş zamanı Azərbaycanla İran arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, Xəzər dənizinin statusunun müəyyən edilməsi, nəqliyyat sahəsində layihələrin icrası, humanitar və mədəni layihələrin həyata keçirilməsi, müqavilə-hüquq bazasının inkişafı məsələləri müzakirə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG