Accessibility links

Bakı Dəniz Vağzalında partlayıcı qurğu aşkar edilməyib


Bakı Dəniz Vağzalı
Bakı Dəniz Vağzalı

Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olub

Aprelin 2-də axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olub. Axtarış nəticəsində ərazidə partlayıcı qurğu aşkar edilməyib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə nazirliyin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə Bakı Dəniz Vağzalında və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edib, axtarış işləri aparılıb. Axtarış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib. Əməliyyat aprelin 3-də saat 1.37-də başa çatıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG