Accessibility links

Filippində oğurlanan avstraliyalı azad edilib


İslamçı yaraqlıların 1 ildən çox Filippinin cənubunda girov götürdükləri və ötən həftə azadlığa buraxdıqları Avstraliya vətəndaşı ilk ictimai bəyanatını edib.

Varren Rodvel bazar ertəsi Filippinin paytaxtı Manilada müxbirlər qarşısında çıxış edib. O, 2011-ci ilin dekabr ayında Mindanao adasındakı evindən Əbu Səyyaf adlı terrorçu qrup tərəfindən oğurlanmışdır.

Uzun müddət girovda saxlanan 54 yaşlı sabiq əsgər xilas edilərkən halsız və zəif olub. Rodvellin əslən filippinlı həyat yoldaşı dünən müxbirlərə ərinin azadlığa buraxılması əvəzində terrorçu qrupa 100 min dollar pul ödədiyini deyib. Əbu Sayyaf qrupunun lideri ilkin olaraq 2 milyard dollar tələb edib.

Avstraliya və Filippinin hökumət rəsmiləri terrorçularla danışıq aparmayıb. Əbu Səyyaf ötən iki il ərzində xarici vətəndaşları oğurlamaq və başlarını kəsməklə tanınıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG