Accessibility links

Vaşinqton albalı çiçəklərinin açılmasını səbirsizliklə gözləyir [Video]


Vaşinqton albalı çiçəklərinin açılmasını səbirsizliklə gözləyir
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Hər il yüz minlərlə insan baharda albalı çiçəklərinin açılmasını seyr etmək üçün paytaxt Vaşinqtona gəlir. Budaqların üzərindəki qönçələrin soyuq hava şəraitinə dözümlü olmasına baxmayaraq, ağ və çəhrayı çiçəklərin açılması üçün havanın isti olması gərəkdir. Lakin temperaturun dəyışkən olması səbəbindən bu ağacların dəqiq çiçək açacağı vaxtı əvvəlcədən proqnozlaşdırmaq çətindir.

İndi açılana bənzəmir, lakin hər il olduğu kimi bu ildə də “Tidal Basin” adlanan təbii hovuzun ətrafındakı ağaçlar çox yaxın zamanda çiçək açacaq. “The Washington Post” qəzetinin meteoroloqu Ancela Fritz bunun hava şəraitindən asılı olacağını deyir. “Bu əsasən müəmmadır. Proqnozun arxasında cüzi elm dayanır.”

Ancela Fritz albalı çiçəklərinin açılma vaxtını dəqiq bilməyə çalışan mütəxəssislərdəndir. 1912-ci ildə, ağaclar ilk əkildiyində çiçəkləmə vaxtı martın 15-dən aprelin 18-nə keçmişdi. Lakin Fritz deyir ki, adətən tumurcuqlar daha əvvəl çiçəklənir və bu əsasən hava şəraitindən asılı olur. “Biz bu ağacların daha tez çiçəkləndiyini də görmüşük. Əvvələr çiçəklər adətən aprelin 4-nə yaxın açırdısa, belə görünür ki, bu il martın 31-i açacaq.”

Milli Park Xidməti albalı çiçəklərinin martın ortasında açacağını proqnozlaşdırsa da, soyuqlar üzündən qönçələr daha yavaş böyüyür. Buna görə də Milli Park Xidməti çiçəklərin martın 27-si ilə 31-i arasında açacağını ehtimal edir.

Lakin Ancela Fritz tumurcuqların aprel ayının əvvəlində açılacağını düşünür. “Onların bir neşə gün isti havaya ehtiyacı var. Ayın sonuna hava bəlkə 15-20 dərəcə istiləşdi, lakin sonra yenə soyuyacaq. Yalnız çiçəklənmənin ən gözəl mərhələyə çatması üçün kifayət qədər isti günlərin olacağını düşünmürük.”

Bu baş verəndə isə çox gözəl olacaq. Gözəlliyə daha çox üstünlük verənlər Potomak çayında su taksisi ilə gəzintiyə çıxaraq, albalı ağaclarının gözəlliyini görə biləcək. "Potomac Riverboat" şirkətindən Con Leyk: “Buraya çox sayda turist gəlir. Lakin yerli əhali də çoxdur. Tıxaclarda ilişib qalmaq istəməyən sakinlər qayıq turları götürərək, albalı çiçəklənməsini seyr edə bilir.”

Albalı çiçəklərinin ömrü çox az olur, iki gündən iki həftəyə qədər. Külək əsəndə və ya yağış yağanda bu zərif çiçəklər tökülür və bir də gələn il açır. “Siz albalılar çiçək açarkən temperaturun mülayım olacağına və çiçəklərin daha uzun müddət qalacağına ümid edirsiniz. Siz güclü küləyin və yağışın olmasını istəmirsiniz, çünki onda çiçəklər töküləcək.” deyə. Milli Park Xidmətinin sözçüsü Mayk Litterdt bildirir.

Qoca albalı ağacları ildən-ilə ölsə də, bəziləri artıq 106-ci dəfə çiçək aşacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG