Accessibility links

ABŞ-ın şərq bölgəsini qar çovğunu bürüyüb


Nyu-York şəhərinin meri Bill de Blasio şəhərdə qar çovğununa görə təcili hallardan başqa avtomobillərin hərəkətini qadağan edib.Meteroloqlar Birləşmiş Ştatların şərq bölgəsindəki qar tufanının həyat üçün təhlükə şərait yarada biləcəyini bildirir.

Mer Bill de Blasio qadağanın qüvvəyə minməsindən əvvəl bizneslərin bağlanması haqda göstəriş verib.

"Bizneslərin bağlanması və işçilərin evlərinə getməsi vaxtdır"-deyə mer bildrib.
O əlavə edib ki, qadağanı pozan insanlar həbslə qarşılaşa bilər.

Conas qasırğasının Birləşmiş Ştatların şərq bölgələrinə böyük təsir göstərəcəyi gözlənilir. Təkcə paytaxt Vaşinqton və ətraf ərazilərə 60 sm-dən çox qar yağıb.

Conas qasırğasının təsirinə məruz qalan ərazilərdə 85 milyondan çox insan yaşayır. Yüzlərlə insan elektriksiz qalıb, yollarda avtomobillərin, dəmir yolu və hava nəqliyyatı vasitələrinin hərəkəti dayandırılıb.

Qar çovğununun bazar gününə qədər davam edəcəyi gözlənildiyi üçün bu, rekord səviyyədə yağıntı ilə nəticələnən ən güclü çovğun ola bilər. Sakinlərə küləyin sürətinin saat 80 kilometrə çatacağı və bununla da yol hərəkətinin daha da çətinləşəcəyinə görə küçəyə çıxmamaq haqda xəbərdarlıq edilib.

Baltimor şəhərinin meri Stefani Roilinqs-Bleyk yollarda hərəkərin təhlükəli olmasına sakinləri evlərində qalmağa çağırıb. O, CNN tele kanalına deyib ki, şiddətli qarla yanaşı güclü külək problem yaradır.

Şənbə gün axşam qarın azala biləcəyinə baxmayaraq, ən ciddi vəziyyət Vaşinqtonda müşahidə edilir. Paytaxtdan şimalda Merilend ştatının Pulsvil şəhərində qarın örtüyü artıq 58 santimetrdir.

Conas qasırğası Vaşinqtonda tarixdə qeydə alınmış 10 ən güclü qasırğalardan biri ola bilər. Vaşinqtonun meri Müriel Bouser şəhərdə fövqəladə vəziyyət elan edib. Cümə günü şəhərdə məktəblər bağlanıb.

Federal hökumət də bağlıdır. Rəsmilər qeyri-adi bir addım ataraq, ictimai nəqliyyatın dayandırıması haqda qərar qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG