Accessibility links

Vaşinqtonda Nüvə Təhlükəsizliyi sammiti-prioritet məsələlər, problemlər və həll yolları


Bu il Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi sammitində ilk dəfə olaraq nücə silahlarının İŞİD kimi terrorçu qrupların əlinə keçməməsi üçün görüləcək tədbirlərin müzakirəsi məqsədilə xüsusi iclas keçirilir. Hər il keçirilən nüvə sammitinə dünyanın 50-dən çox ölkəsinin nümayəndə heyəti qatılıb. Nümayəndələr nüvə təhlükəsi və onun qarşısının alınması səylərini müzakirə edəcək.

Brüsseldə terror hücumları İŞİD kimi qrupların yaratdığı təhlükəni miqyasını bir daha nümayiş etdirdi.

Bu təhlükələr və sınaqlar Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi sammitinin gündəliyindədir.

Ağ Evin sözçüsü Coş Ernest: “Daha geniş təhlükələrə məsələsinə diqqət yönələcək. Lakin əlbəttə, İŞİD-in hər hansı bir nüvə materialını ələ keçirməsinin mümkünlüyünün qarşısı alınmalıdır və bu, da müzakirələrin diqqət mərkəzində olacaq.”

Terror hücumlarından sonra Belçikanın nüvə obyeklərində silahlı keşikçilər yerləşdirilib.

Lakin dünya liderləri Pakistan kimi ölkələrdə nüvə materiallarının terrorçuların əlinə keçməsi və Şimali Koreyanın yaratdığı nüvə təhlükəsi ilə bağlı narahatlıqlarını bildirir.

Prezident Obama bu Vaşinqtonda Nüvə Təhlükəsizliyi sammitində dördüncü və sonuncu dəfə iştirak edir.

Əvvəlki iclaslarda dünya ölkələrinin nümayəndələri yüksək səviyyədə zənginləşdirilmiş urandan istifadənin azaldılması, nüvə materiallarının mühafizəsi və onların qaçaq yollarla keçirilməsinin qarşısını alnması və terrorizm kimi məsələləri müzakirə ediblər.

Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Koreya proqramlarının direktoru Viktor Ça: ”Zirvə görüşləri ölkələr arasında təhlükəsizlik, müdafiə və əməliyyatlar sahələrində normalar və praktikanın gücləndirilməsi məqsədilə beynəlxalq rejimin yaradılmasına xidmət edir.”

Lakin ekspertlər əsas məsələnin hələ həll olmadığını deyir.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində nüvə silahlarının yayılmasının qarşısının alınması proqramının koordinatoru Şeron Skuassoni:”Nüvə materiallarının təhlükəsizliyinin təmin edilməsi kimi məqsədə nail olunmaq istiqamətində fikrimcə, inkişaf var, lakin məqsədin özünə hələ də nail olunmayıb.”

Ekspertlər bildirir ki, nüvə materaillarının böyük hissəsinin hərbi anbarlarda saxlanması onların təhlükəsizliyinin təmin edilməsini çətinləşdirir.

Rusiya bu il zirvə görüşünə qatılmayaraq, sammitlərin rolu olmadığını bildirib.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Frank Miller:”Rusiya və Çin hökumətləri hələ də bu proqrama gətirilməyib və onlar Qərbdən fərqli olaraq nüvə arsenallarının müasirləşdirilməsi və genişləndirilməsi haqda düşünür.”

Hakimiyyətə gələcək yeni prezident növbəti addımın nə olacağı kimi sualla qarşılaşacaq.

Ağ Evin sözçüsü Coş Ernest:”Mən ümid edirəm ki, hakimiyyətə gələcək yeni prezident dünya boyu nüvə materiallarının mühafizəsi məsələsinin Birləşmiş Ştatlar üçün təhlükəsizlik sahəsində prioritet məsələ olacağını başa düşəcəyinə ümid edirəm.”

Ağ Ev bildidir ki, bu il sammitdə əsas məqsədlərdən biri dünya böyu nüvə təhlükəsizliyi sahəsində işi davam etdirmək üçün beynəlxalq təşkilatlar şəbəkəsinin gücləndirilməsindən ibarətdir.

XS
SM
MD
LG