Accessibility links

Vaşinqton polisi türk vətəndaşlarının axtarışına göstəriş verib [Video]


Vaşinqton polisi türk vətəndaşlarının axtarışına göstəriş verib
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Vaşinqton polisi türk vətəndaşlarının axtarışına göstəriş verib

Vaşinqton polisi mayın 16-sında prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfəri zamanı Turkiyə səfirliyi önündə baş vermiş qarşıdurmada etirazçılara hücum edən, əksəriyyəti təhlükəsizlik əməkdaşı olan 16 nəfərin həbs olunması haqqında axtarış elan edib.

May ayının 16-sında Türkiyə səfirliyi qarşısında Amerikanın Səsinin əməkdaşları tərəfindən lentə alınan hücum zamanı xarici təhlükəsizlik əməkdaşlarının yerli vətəndaşlara qarşı zorakılıq nümayiş etdirməsi amerikalıları qəzəbləndirib. Görüntülərdə Türkiyə prezidentinin hücumu izlədiyini və bunu dayandırmaq üçün heç bir şey etmədiyini müşahidə etmək olar.

Xəsarət alanlardan birinin Amerikanın Səsinə verdiyi müsahibəsində qeyd edib ki, türk mühafizəçiləri sanki bura Türkiyə imiş kimi hərəkət edirdilər.

Vaşinqton polisinin verdiyi məlumata görə, 16 nəfərin həbs edilməsi üçün axtarış elan edilib. Hadisə günü isə 2 nəfər həbs edilmişdi.

Vaşinqton polisi onu da əlavə edib ki, hadisədə şüphəli bilinənlərdən 2-si ABŞ, 2-si Kanada, qalan 14 nəfər Türkiyə vətəndaşıdır.

Həbs olunma qərarı çıxdıqdan bir müddət sonra Türkiyə höküməti bu qərarı pisləyən bəyanatla çıxış edib. Rəsmi Ankara hadisənin qarşısını almaq üçün lazımı tədbirlər həyata keçirmədiyinə görə Vaşinqtonu günahlandırıb.

Vaşinqton polisi ittihamları əsassız adlandırıb.

ABŞ Dövlər Departamenti 14 türk vətandaşının həbs olunması prosesini müəyyən etməyə çalışır. Hadisə iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün ABŞ və Türkiyə prezidentlərini görüşü zamanı baş vermişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG