Accessibility links

Vaşinqtonda Novruz bayramı qeyd edilib


Vaşinqtonda Novruz bayramı
Vaşinqtonda Novruz bayramı

Martın 20-də Vaşinqton şəhərinin tarixi Meridian Beynəlxalq Mərkəzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirlikləri birlikdə Novruz bayramını geniş şəkildə qeyd edib.

Vaşinqtonda Novruz bayramı
Vaşinqtonda Novruz bayramı

Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına görə tədbirdə diplomatik korpusun və ictimaiyyətin nümayəndələri, o cümlədən ABŞ administrasiyası və Konqresin rəsmiləri iştirak edib.

Meridian mərkəzinin rəhbəri səfir Stüart Holidey bildirib ki, Novruz bayramı dostluq, sülh və əməkdaşlığın təzahürüdür.

Amerikanın paytaxtında altı dövlətin bir araya gələrək Novruz bayramını birlikdə qeyd etməsi bu kimi dostluq və əməkdaşlığın göstəricisi və bu bayram xalqları birləşdirən bir dəyər kimi qiymətləndirilib.

Bayram şənliyi Azərbaycan və Orta Asiya ölkələrinin incəsənət ustalarının iştirakı ilə davam etdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG