Accessibility links

Vaşinqton Post respublikaçı namizəd haqqında yalan hekayəni yaymaqdan imtina edib


Alabamadan ABŞ Senatorluğuna namizəd Roy Mur. 16 noyabr, 2017.

Vaşinqton Post bildirib ki, mühafizəkar bir qrup qəzetdə respublikaçı namizəd Roy Mur və hamilə yeniyetmə haqqında dramatik, lakin yalan hekayə yazdırmağa çalışıb.

Qəzet qızın keçmişini araşdırarkən onun hamilə qaldıqdan sonra Mur tərəfindən abort olunmağa məcbur edildiyi ilə bağlı hekayəsində boşluq və uyğunsuzluqlarla qarşılaşıb. Bu görə də qəzet onun qəribə nağılını nəşr etməkdən imtina edib.

Vaşinqton Post qəzeti ABŞ-ın Alabama ştatından senatorluğa namizəd Roy Murun yeniyetmə qızlara qarşı münasib olmayan əlaqə qurması xəbərini nəşr edən ilk mətbuat orqanı olmuşdu.

Mur isə öz növbəsində bütün bu ittihamları Demokrat Partiyası və Vaşinqton Post tərəfindən onun seçki kampaniyasına ziyan vurmaq üçün planlaşdıran yalan xəbər adlandıraraq inkar edib.

Roy Mur ABŞ Senatında indiki baş prokuror Cef Seşşinsın yerini doldurmaq üçün Alabama ştatından namizədliyini irəli sürüb.

Seçkiöncəsi ictimai rəy sorğuları göstərir ki, Roy demokratik rəqibi olan Daq Consdan geri qalır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG