Accessibility links

Yeni ABŞ sanksiyaları Rusiya trol fermalarını hədəf alır


Sankt-Peterburqda qərargahlanan trol fermasının dörd-mərtəbəli binası.
Sankt-Peterburqda qərargahlanan trol fermasının dörd-mərtəbəli binası.

Son ABŞ sanskiyaları 2016-cı ildə ABŞ seçkilərinə müdaxilədə birbaşa iştirak etmiş trol fermaları və onların havadarlarını hədəf alır.

Vaşinqton sanksiyaların həmçinin sabiq ikili agent Sergey Skripal və onun qızının Britaniyada zəhərlənməsinə cavab olduğunu təsdiqləyib.

19 adam və 5 şirkəti hədəf alan sanksiyaların şamil olunduğu adamlar sırasında Rusiya kəşfiyyat rəsmiləri var. Bu ölçülər ABŞ vətəndaşlarına və təsisatlarına bu adamlarla biznes etməyi qadağan edir.

Bundan sonra McDonaldsa getməyi dayandıracağam.
Yevgeniy Priqojin, Rusiya prezidentinin müşaviri

Yeni sanksiyaların əksər kəsimi ABŞ-da sosial media saytlarını saxta postlarla dolduran Rusiya hökumətinin maliyyələşdiridiyi trol fermalarına tətbiq olunacaq.

Bunlardan 12-si rusların trol fəaliyyəti məqsədilə yaratdıqları İnternet Araşdırma Agentliyinin işçiləridir. Bu agentlik Sankt-Peterbuqrda qərargahlanır.

Moskvanın seçkilərə müdaxiləsini araşdıran ABŞ xüsusi ittihamçısı fevral ayında 13 Rusiya vətəndaşına qarşı rəsmi ittihamnamə irəli sürüb.

Bütün bu şəxslər sanksiyalar hədəfindədir.

ABŞ Ədliyyə Nazirliyinin ittihamnaməsində adı hallanan Rusiya prezidentinin yaxın müşaviri Yevgeniy Priqojin "Concorde" ərzaq xidməti şirkətinin rəhbəri olaraq Putin və onun ətrafının qidalanması ilə birbaşa məğul olan şəxsdir.

Rusiya prezidenti ilə yaxın təmaslarına görə "Putinin aşpazı" ləğəbini qazanmış Priqojin cümə axşamı yeni xəbərə reaksiya verərkən sarkazmla "Bundan sonra McDonaldsa getməyi dayandıracağam" deyə Amerika ilə onsuz da heç bir əlaqəsi olmadığını vurğulayıb.

Sanksiyalar siyahısında habelə Rusiya hərbi kəşfiyyatı QRU-nun iki zabiti və bundan əvvəl də hədəfdə olan rəhbərliyi yer alır. Bunlar Sergey Afanasyev, Qriqoriy Molçanov və onların rəhbəri İqor Korobovdur.

Bu şəxslər Rusiyanın xaircdə kiber-hücum əməliyyatlarını həyata keçirən əsas fiqurlar hesab olunur.

XS
SM
MD
LG