Accessibility links

Roma Papası Benediktə son ehtiramlar verilir


Roma Papası Benediktə ehtiramlarını bildirmək üçün insanlar bazar ertəsi Müqəddəs Pyotr kilsəsində növbəyə durub.

Bəziləri qapıların açılmasını saatlarla gözləyib.

Təqaüddə olan 95 yaşlı Papa şənbə günü səhər saatlarında vəfat edib. Benedikt 600 ildə Vatikandakı vəzifəsindən istefa verən ilk Roma Papası olub.

35 yaşlı Filippo Tuççio Associated Press xəbər agentliyinə deyib ki, Benediktin cənazəsini görmək üçün Venesiyadan gecə qatarla gəlib.

"O, mənim üçün çox mühüm idi: Kim olduğuma, düşüncə tərzimə, dəyərlərimə görə. Ona görə də bu gün vidalaşmaq istədim" - deyə, Tuççio bildirib.

Ənənəvi qırmızı mərasim paltarı geydirilmiş Roma Papası Benediktin cənazəsi kilsədə çərşənbə gününə qədər qalacaq.

"Papa Frensisk müasir tarixdə sələfinin dəfn mərasimində Papa kimi sədrlik edən ilk Roma Papası olacaq" - deyə, cümə axşamı "Vatican News" saytında bildirilib.

"Vatican News"un bildirdiyinə görə, Roma Papası Benediktin ölümündən bir müddət əvvəl söylədiyi son sözlər "Ya Rəbb, mən səni sevirəm" olub.

Papanın şəxsi katibi, arxiyepiskop Georq Qanşvayn Benediktin yanında yeganə şəxsin tibb bacısı olduğunu deyib.

"Orada deyildim, lakin tibb bacısı qısa müddət sonra bu barədə mənə məlumat verdi. Bu, onun anlaşılan son sözləri idi, çünki sonra o, artıq özünü ifadə edə bilmədi" - deyə, Qanşvayn bildirib.

Dünyaya Yozef Ratzsinger kimi gələn Benedikt 95 yaşında vəfat edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG