Accessibility links

"Kreativ Fikir Ayrılığı" mükafatına rus, iranlı və özbək layiq görülülb


Nyu-Yorkda qərargahlanan İnsan Haqları Fondu iranlı karikaturist, rusiyalı ifa sənətçisi və özbək fotojurnalisti 2016 "Vatslav Havel Kreativ Fikir Ayrılığı" mükafatına layiq görüb.

“Bu mükafatla cəsarət və bacarıqları ilə diktaturanın yalanının üstünü açanlar təltif olunur," deyə cümə axşamı fondun yaydığı bəynatda bildirilir.

Bu mükafatla, cəsarət və bacarıqlıqları ilə diktatorluğun yalanının üstünü açanlar təltif olunur.

Komitə Atena Fərqadanini “İran rejiminin vicdan məhbusu” adlandırıb. Fərqadani sosial mediada yerləşdirdiyi hamiləliyin qarşısının alınma vasitələrinin məhdudlaşdırlmasını nəzərdə tutan və könüllü sterilizasiyaya görə qadınları cinayət məsuliyyətinə cəlb edən qanun layihəsini tənqid edən karikaturaya görə həbs olunub. Karikaturada parlament üzvləri heyvan başları ilə təsvir olunub.

İkinci laureat Pyotr Pavlenski rus sənətçidir. O, ölkəsindəki siyasi təqiblərə etiraz etmək məqsədilə özünə xəsarətlər yetirdiyi nümayişlərinə görə tanınır. Hazırda o, FSB təhlükəsizlik xidmətinin işlətdiyi terror taktikalarına diqqət çəkmək məqsədilə hazırladığı nümayişdə agentliyin qərargahının əsas girişində yanğın törətdiyinə görə üç illik həbs cəzası ilə üzləşir.

“Təkbaşına güclü Vladimir Putin Rusiyasına qarşı dayanmaq vacib bir simvoldur - həm siyasi həm də artistik baxımdan,” deyə fondun sədri Harri Kasparov bildirib.

Vatslav Havel
Vatslav Havel

Üçüncü mükafat isə özbək fotojurnalist və ölkəsinin ilk qadın sənədli film rejissoru Umida Əhmədovaya təqdim olunub. O, Özbəkistanın kənd obalarındakı həyatı təsvir edən şəkillər dərc etdiyinə görə “ ölkənin imicinə zərər vermək” və “böhtan atmaqda” ittiham olunur.

“Hökümətin ölkənin bəxtəvər imicini yaratmaq” cəhdlərinə baxmayaraq, o, dünyanın ən qapalı cəmiyyətlərindən biri olan Özbəkistandakı əsl həyatı ifşa edir,” deyə Amnesty İnternational təşkilatının Norveç bürosunun baş katibi Con Egenaes bildirib.

Mükafatlar bu ayın sonunda Osloda keçiriləcək Azadlıq Forumunda üç laureata təqdim olunacaq. Onların aralarında 43 min dollar dəyərində priz bölüşdürüləcək.

Mükafat dissident, çexiyalı şair, dramaturq və daha sonra dövlət xadimi olan Vatslav Havelin şərəfinə adlandırılıb. Onun təqiblərə qarşı, eyni zamanda insan haqları və demokratiya uğrunda fəallığı keçmiş Çexoslovakiyada kommunizmin süqutuna yarım etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG