Accessibility links

Vəhid Nəriman: Fəlakət xəbərini elə yayırlar ki, insanlar bir-birindən xəbər almasın [Audio-Müsahibə]


Vəhid Nəriman
Vəhid Nəriman

Vəhid Nəriman deyir ki, İranda hakimiyyət assimilyasiya siyasəti ilə Azərbaycanı böldükdən sonra müxtəlif bölgələrdə yaşayan türklərin bir-birindən xəbər alma imkanını da əllərindən almağa çalışır. Muğan bölgəsindən Amerikanın Səsinə danışan fəal İran rəsmilərinin Azərbaycanda baş verən müxtəlif fəlakətlərə münasibətlərində oxşarlıqlar olduğunu önə çəkir.

Vəhid Nəriman Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:17:56 0:00

Vəhid Nəriman aprelin 14-də İran Azərbaycanında baş verən təbii fəlakətin ortaya çıxardığı zərərləri şərh edir.

Onun anlatdıqlarına görə, daşqınlar 40-dan artıq insanın ölümünə səbəb olmaqdan əlavə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərində evlər, yollar və kənd təsərrüfatına külli miqdarda zərər vururb.

Sel fəlakətindən sonra İran qəzetlərinin yaydığı xəbərlər təpkilərə səbəb oldu.
Sel fəlakətindən sonra İran qəzetlərinin yaydığı xəbərlər təpkilərə səbəb oldu.


Milli fəal İran mediasının sel fəlakətinə dair xəbərləri gec və qismən yanlış bir şəkildə yayımlamasına diqqət çəkərərk medianın keçən illər, o cümlədən Vərzığan zəlzələsi zamanında da oxşar şəkildə davrandığını ifadə edir.

Kimlik, dil və yaşadığımız coğrafiya və ənənələrimizi hədəf tutdular... Qaldı bizim bir-birimizdən xəbər almağa, bir-birimizi tapmağa səbəb olan olaylar. Bu olayların xəbərini də...
Vəhid Nəriman

“Bir rəsmi məsulun sel fəlakəti qurbanları haqqında selfi çəkirdilər deməsi gülüncdür amma bunun arxasında başqa məsələlər də var. Bunlar öncə xəbəri boykot etdilər. Keçən illərdə baş verən Vərzığan zəlzələsində də buna oxşar bir durum olmuşdu. Xəbərin ilk zərbəsini almaq üçün xəbəri boykot etmiş, sonra da doğru yanlış xəbərləri təxirlə yayımlamağa başlamışdılar,” Vəhid Nəriman söyləyir.

O, deyir ki, xəbəri bu şəkildə əks edərək insanlar arasında mübahisə yaratmağa çalışırlar. İstəyirlər ki insanlar bir-birini günahlandırsın.

Nərimanın fikrincə, İran hakimiyyətləri türklər və Azərbaycan toplumunu assimilyasiya siyasətinə məruz qoyaraq parçaladıqdan sonra onların bir-birlərindən xəbər alma imkanını da əllərindən alırlar:

“100 il qabaqdan bu günə qədər yürüdülən assimilyasiya prosesinin içərisində insanları kimliklərindən uzaqlaşdırıblar. Buradakı əsas məsələ insanları bir-birindən ayırmaqdır. Bunlar öncə Azərbaycanı böldülər Şərqi və Qərbi hissələrə, sonra onları da böldülər... Kimlik, dil və yaşadığımız coğrafiya və ənənələrimizi hədəf tutdular... İndi qalır bizim bir-birimizdən xəbər almağa, bir-birimizi tapmağa səbəb olan olaylar. Bu olayların xəbərini də təxirə salıb xəbərin ilk zərbəsini dağıdırlar... Sonra da xəbəri yanlış yayırlar,” Vəhid Nəriman əlavə edir.

XS
SM
MD
LG