Accessibility links

VCMK: Vəkilləri müdafiə edin


Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin toplantısı
Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin toplantısı

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) fevralın 4-də keçirdyi toplantıda vətəndaş cəmiyyətinə basqıların xronologiyasına dair hesabat hazırlandığını bildirib.

Hesabatda müstəqil QHT-lərin fəaliyyətinin dayandırılması ilə yanaşı, QHT-lərin təmsilçilərinin istintaqa cəlb olunması, xaricə çıxışlarına qadağa qoyulması, bu kateqoriyadan olan şəxslərin həbsxnalardakı durumuilə bağlı məlumatlarına əksini tapdığı deyilib.

Daha sonra komitə hesabatın tərkib hissəsi olan müstəqil vəkillərə təzyiqlər barədə bəyanat qəbul edib.

Sənəddə həbsə alınan vətəndaş cəmiyyəti fəallarını məhkəmədəfəal müdafiədən məhrum etmək üçün hakimiyyətin vəkilləri təziyqlərə məruz qoyduğu qeyd olunur.

“İttiham olunanları müdafiəsiz qoymaq üçün hakimiyyət vəkilləri məhkəmə proseslərindən kənrlaşdırdırır. Bu məslədəVəkillər Kollegiyası rəsmi qurumların əlində “alət”ə çevrilib.Məhz Vəkillər Kollegiyasının “xidməti” nəticəsində müstəqil vəkillərdən Xalid Bağırovun vəkillik fəaliyyəti dayandırılıb, Əlaif Həsənov 240 saat ictimai işlərə məhkum edilib. Müstəqil vəkil Aslan İsamıylov Vəkillər Kollegiyasından xaric edilib. Buna qədər isə vəkillər Namizəd Səfərov, Elçin Namazov, Qurban Məmmədov, Osman Kazımlı və s. kollegiya üzvlüyündən azad olunublar. Hüquq müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyevin vəkilləri müxtəlif bəhanələrlə müdafiədən kənarlaşdırılıb”, bəyanatda qeyd edilir.

Sənəddə bildirilir ki, Azərbacan postsovet məkanında əhali sayına görə ən az vəkil düşən ölkələrdən biridir.

“9 milyon yarım əhalisi olan Azərbaycanda cəmi 800 nəfər vəkil fəaliyyət göstərir. Bu isə hər 11 min nəfərdən çox insane 1 vəkil deməkdir. Gürcüstanda hər 10 min nəfərə təqribən 8, Ermənisatnda isə 3 nəfər vəkil düşür”.

VCMK Azərbaycanda vəkillərin belə azlığına baxmayaraq, onlara qarşı siyasi sifarişli “ov”un davam etdiyi bildirir.

Komitə həmçinin cəmiyyəti vəkillərin hüquqlarını fəal müdafiə etməyə çağırır.

XS
SM
MD
LG