Accessibility links

Naxçıvanın keçmiş milli təhlükəsizlik nazirinin məhkəməsi başa çatır


Vsif Talıbov və Vəli Ələsgərov
Vsif Talıbov və Vəli Ələsgərov

İyunun 21-də Naxçıvan Muxtar Respublikasının (NMR) Hərbi Məhkəməsində muxtar respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun işi üzrə məhkəmə istintaqı başa çatıb. Məhkəmə prosesi qapalı keçirilir.

Vəkil Vüqar Xasayev Amerikanın Səsinə bildirib ki, iyunun 24-nə prokurorun yekun çıxışı təyin edilib.

Xatırladaq ki, V.Ələsgərov 15 il Naxçıvanın keçmiş milli təhlükəsizlik nazirliyinə rəhbərlik edib. 2015-ci ilin dekabrında gözlənilmədən işdən çıxarılıb. Bundan sonra ona qarşı mənimsəmə, sui-istifadə və səlahiyyəti aşmaq ittihamı ilə cinayət işi qaldırılıb.

V.Ələsgərovu bir müddət həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılıb. Lakin öz günahsızlığı və həbs zamanı işgəncələrə məruz qalması barədə mətbuata açıqlama verdikdən sonra yenidən həbs olunub. İbtidai istintaqın yekunlarına görə, V.Ələsgərova qarşı daha bir ittiham – qanunsuz dinləmə ittihamı irəli sürülüb.

Məhkəmə prosesi iyunun 8-də başlayıb. İndiyədək cəmi 4 məhkəmə iclası keşirilib və məhkəmə istintaqı başa çatıb.

XS
SM
MD
LG