Accessibility links

Naxçıvanın keçmiş milli təhlükəsizlik nazirinin apellyasiya şikayətinə baxılır


Vsif Talıbov və Vəli Ələsgərov
Vsif Talıbov və Vəli Ələsgərov

İyulun 26-da Naxçıvan Apellyasiya Məhkəməsində Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı olub. Məhkəmə baxışı avqustun 1-nə təyin edilib.

Vəkil Vüqar Xasayev Amerikanın Səsinə bildirib ki, vəkillər V.Ələsgərova bəraət verilməsi, apellyasiya baxışının məhkəmə istintaqı ilə keçirilməsi, keçmiş nazirə işgəncə verən vəzifəli şəxslərin məhkəmədə dindirilməsi barədə vəsatətlər qaldırılıb. Vəsatətlərin heç biri təmin edilməyib.

Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Vəli Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

Vəli Ələsgərov 15 il Naxçıvanın keçmiş Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib. 2015-ci ilin dekabrında gözlənilmədən işdən çıxarılıb. Bundan sonra ona qarşı cinayət işi qaldırılıb.

V.Ələsgərovu bir müddət həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılıb. Lakin öz günahsızlığı və həbs zamanı işgəncələrə məruz qalması barədə mətbuata açıqlama verdikdən sonra yenidən həbs olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG