Accessibility links

Şəxsi uçan platformalar [Video]


Şəxsi uçan platformalar
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Velosiped sürmək kimi ətrafda uçmaq ixtiraçıların çoxunun arzusu olub. Ancaq bu kimi vasitələrin təhlükəsizlik və stabilliyi hər zaman böyük problem olub.

Kuadkopter və yüksək tutumlu bateryalar son 10 ildə inkişaf etdirilib. Bu yolla şəxsi uçuş avtomobillərinin xəyalı reallığa yaxınlaşıb.

Britaniya şirkəti “Malloy Aeronautics” özünün hoverbayk cihazının prototipini nümayiş etdirib. Şirkət bunun tamamilə şəxsi uçuş vasitəsi olacağını deyir.

Qrant Stapleton: "Bu, ucuzdur və kifayət qədər yük daşıya, kiçik yerlərə girib-çıxa bilir. İstədiyiniz yerə özünüzlə apara bilərsiz, çünki qatlana bilir və daşınması rahatdır."

“Malloy Aeronautics” şirkətinin marketinq üzrə direktoru Qrant Stapleton deyir ki, təhlükəsizlik əsas narahatlıqlardan biri idi. Dizaynerlərin yeni ideyası rotorların üst-üstə düşməsi, və propellerin ətrafının bağlı olması bu problemi aradan qaldırıb.

Qrant Stapleton: "Rotorlar üst-üstə düşməklə siz nəinki insanları və əmlakları qoruyursuz, əgər siz onlarla yaxınlaşsaz, o, aparatı yerə endirəcək."

Şirkət apparatın iki növünü sınaqdan keçir.

İxtiraçılar deyir ki, onların hoverbayk ilkin olaraq hərbçilər, polis və xilasedicilər tərəfindən istifadə olunacaq.

Bu arada Yeni Zelandiyanın “Martin Aircraft” şirkəti Cetpak adlandırdıqları uçan cihazın tammiqyaslı növünün prototipini sınaqdan keçirir. Cihaz 30 dəqiqəyə qədər uça, 1000 metr yüksəkliyə və saatda 74 km sürətə çata bilər.

Piter Koker: "Bu, təhlükəsizlik şərtləri nəzərə alınaraq düzəldilib. Etibarlılıq ən başlıca elementdir. Biz təhlükəsizliyi daxildən, strukturun özündə düzəltmişik - Formul 1 yarış avtomobillərindəkinə tam oxşar."

Cetpak 4 silindr, 200 at gücünə sahib benzinlə işləyən mühərrikə malikdir. Koker deyir ki, cihazın həmçinin paraşutü var.

Piter Koker: "Təhlükə anında paraşut açılaraq həm cihazı, həm də pilotu qoruyur."

Koker deyir ki, Cetpak 2016-ci ildə 200 min dollara satışda olacaq.

XS
SM
MD
LG