Accessibility links

ABŞ-ın Iluminate komandası “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turuna qatılıb


Velosiped turu
Velosiped turu

Mayın 4-də Bakıda “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib. Velosiped turu 5 mərhələdən ibarətdir.

"Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turu Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur.

Yarışlara 19 ölkədən 21 komanda qatılıb. Onlardan 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.

“Tour d’Azerbaijan yarışmasında ABŞ-ı Iluminate komandası təmsil edir.

ABŞ səfirliyi velosiped yürüşləri haqqında bəzi maraqlı faktları da bölüşüb və komandaya uğurlar arzulayıb:

- Velosiped sürərək əldə edilən ən böyük sürət həddi saatda 269 km-dir;

- Velosiped üzrə yarışmalar 1896-cı ildən başlayaraq Afinada keçirilən müasir Olimpiya Oyunlarında doqquz ənənəvi idman növündən biridir;

- Peşəkar velosipedçi il ərzində orta hesabla 40000 km məsafəni qət edə bilər.

XS
SM
MD
LG