Accessibility links

BMT dünya ölkələrini Venesueladan qaçanları qəbul etməyə çağırır


BMT-nin Qaçqınlar Agentliyi dünya ölkələrini Venesueladan qaçanları qəbul etməyə çağıraraq, onların əksəriyyətinin beynəlxalq qaçqın yardımına ehtiyacı olduğunu bildirib.

Cenevrədə keçirilən birifində sözçü Liz Trossel Venesuelada siyasi, insan haqları durumunun və humanitar vəziyyətin ağırlaşdığını deyib. Onun bildirdiyinə görə, indiyədək ölkəni 3.7 milyon insan tərk edib. Onların 460 mini əsasən qonşu ölkələr olmaqla, siyasi sığınacaq üçün müraciətlər edib.

Agentlik şəxslərin müəyyən edilməsi prosesinin ağırlığına görə ölkələrdən sığınacaq istəyən venesuelalıların qrup şəklində təsbit edilməsini istəyir.

Bildirilir ki, venesuelalılar qanuni statuslarından asılı olmayaraq geri qaytarılmamalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG