Accessibility links

Maduro konstitusiya konqresi seçkiləri planından geri çəkilmir


Venesuela prezidenti Nikolas Maduro bütün beynəlxalq tənqidlərə əhəmiyyət verməyərək elan edib ki, o qarşıdan gələn bazar günü konstitusiyanı yenidən yazacaq yeni konqres səsverməsini keçirmək planlarından geri çəkilən deyil. Müxalifət konstitusiya dəyişikliklərinin ölkədəki diktaturanı institutlaşdıracağını deyir.

Madura öz dəstəkçiləri qarşısında çıxış edərək, ABŞ prezidenti Donald Tramp və Kolumbiya lideri Xuan Manuel Santosun timsalında imperial sağ qüvvələrin Venesuelaya əmr verə biləcəyini zənn etdiklərini deyib. Prezident Donald Tramp konstitusiya seçkiləri keçiriləcəyi halda Karakasa qarşı ciddi sanksilar tətbiq edəcəyini deyib.

Yeni konqresə etiraz əlaməti olaraq keçirilmiş qeyri-rəsmi referenduma 7 milyon insanı cəlb etmiş müxalifət çərşənbə və cümə axşamı günləri keçiriləcək 48 saatlıq ümumrespublika tətilləri təşkil edir. Tətillərin məqsədi bazar günü keçiriləcək referendumu boykot etməkdir.

Cənubi Amerika ölkəsi uzun müddətdir ki, iqtisadi böhran içindədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG