Accessibility links

Venesuelanın Karakasdakı hökuməti ABŞ-la müttəfiq olmaq istəyir


Venesuelanın Karakasdakı hökuməti ABŞ-la müttəfiq olmaq istəyir
please wait

No media source currently available

0:00 0:01:44 0:00

İqtisadiyyatı tənəzzülə uğrayan neftlə zəngin Venesuelada hazırkı lider Nikolas Maduronu hakimiyyətdən devirə bilsə, müxalifət üçün sabiq prezident Hüqo Çavesin tətbiq etdiyi sosialist siyasətin ləğv edilməsi asanlaşa bilər. ABŞ-la müttəfiq olmaq istəyən yeni Venesuela rəhbərliyi sosialist sistemin özünü doğrultmadığı ölkədə güclü bazar islahatları həyata keçirməyi planlaşdırır.

Son beş ildə Venesuela iqtisadiyyatı təxminən yarıya qədər azalıb. Hyperinflasiya nəticəsində malların qiymətləri hər ay üç dəfə artır və milyonlarla insan ölkədəki səfalətdən qurtarmaq üçün xaricə qaçmağa məcbur edilir.

Xroniki ərzaq və dərman çatışmazlığı sabiq prezident Uqo Çavesin imkansızlar üçün tətbiq etdiyi və varisi Nikolas Maduronun davam etdirdiyi subsidiyalaşdırılan proqramlara ciddi şəkildə zərər vurub.

Ölkədə narazılıqlar artdıqca hətta "Çavista" tərəfdarları arasında da Venesuela xalqının dəyişikliyə hazır olduğu ilə razılaşanların sayı artır. Bruking institutundan Deni Bahar: "Venesuela xalqı çox ciddi zərər gördüyünə görə, ölkədə dəyilikliklər baş ernəsi üçün yeni rəhbərliyə yeni siyasi kapital verməyə hazırdır."

Bu, müxalifətin keçən il seçklərdə rəqiblərinə qadağa qoyduqdan sonra qalib gələn Maduronu hakimiyyətdən devirməyə nail olmasından sonra mümkün ola bilər. ABŞ və digər ölkələr Venesuela Milli Assambleyasının prezidenti olan Xuan Quaydonu ölkənin müvəqqəti lideri olaraq tanıyıb.

Venesuelanın dövlət PDVSA neft və qaz şirkətinin özəlləşdirilməsi, əsasən də ABŞ-ın qoyduğu neft sanksiyalardan sonra gəlirləri xeyli artıra bilər. Son onilliklərdə infrastukrtun dağılması və pis idarəetmə səbəbindən istehsal təxminən üçdə iki hissəyə qədər azalıb.

Karakasdakı növbəti hökumət çox güman ki, Çin və Rusiya kimi kreditorlara borcların restrukturizasiyasına çalışacaq və Kubaya ödənişsiz gündəlik təxminən 50 min barrel neft tədarükünü dayandıracaq. Hər üç ölkə Maduronun əsas müttəfiqləridir.


.

XS
SM
MD
LG