Accessibility links

Venesuelanın müxalifət lideri hökumət qüvvələrinə təslim olub


Venesuelanın paytaxtı Karakasda hökumət əleyhinə nümayişlərin ön sıralarında gedən müxalifət lideri Leopoldo Lopez bir neçə gün gizləndikdən sonra təhlükəsizlik qüvvələrinə təslim olub.

42 yaşlı Harvard məzunu, iqtisadidçı qətl və terrorçuluq da daxil olmaqla, bir sıra cinayətlərdə ittiham edilir.

O, təslim olmasının dünyanın diqqətini Venesuelanın avtoritar sosialist hökumətinə yönəldəcəyini deyib.

Lopezin tərəfdarları yürüşlərinin istiqamətini Karakas şəhərində hökuməti dəstəkləyən neft sənayesiişçilərinin nümayişkeçirildiyi mərkəzi plazadan dəyişib.

Hökumətə qarşı etiraz aksiyası zamanı dörd nəfərin ölümü ilə nəticələnib.
XS
SM
MD
LG