Accessibility links

Venesuelalılar zəruri ərzaq məhsulları qıtlığı yaşayır


Kəskin iqtisadi böhranın gətirib çıxardığı məhsul çatışmazlığı səbəbindən minlərlə venesuelalı zəruri məhsullar almaq üçün bazar günü sərhədi keçərək Kolumbiyaya gedib.

Venesuelanın Takira şəhəri və Kolumbiyanın Kukuta şəhərləri arasında 12 saat davam edəcək sərhədin açılmasından yararlanmaq üçün bir çoxları avtomobillə uzun yol qət edib.

Bir venesuelalı Kolumbiyaya gəlməyin zəruriliyindən danışıb.

“Bizim ərzağımız yoxdur. Bişirmək üçün yağımız yoxdur, unumuz yoxdur. Ona görə də biz buraya gəlməliyik” deyə o bildirib.

Venesuela prezidenti Nikolas Maduro təhlükəsizlik səbəbindən ötən il sərhədi bağlayıb. Amma bazar günü müvəqqəti olaraq açılıb.

Venesuela əldə edilməsi çətin və ya baha olan un, yağ, tualet kağızı, şanpun və tibbi ləvazimat kimi məhsulları Kolumbiyadan əldə edir.

Ötən həftə yüzlərlə venesuelalı gündəlik ərzaq məhsulları əldə edə bilmək üçün sərhədi qanunsuz keçərək Kolumbiyaya gedib.

XS
SM
MD
LG