Accessibility links

Venesuelada hökumətpərəst Konstitusiya Assambleyası hakimiyyəti ələ alır


Venesuela Prezidenti Nikolas Maduro Karakasda, 14 avqust, 2017.
Venesuela Prezidenti Nikolas Maduro Karakasda, 14 avqust, 2017.

Venesuelada hökumətpərəst Konstitusiya Assambleya mühüm səlahiyyətləri müxalifətin üstünlük təşkil etdiyi Konqresdən alıb. Baş verənlər Prezident Nikolas Maduro ilə siyasi opponentləri arasında gərginliyi kəskin şəkildə artırıb.

Gözlənilir ki, bu addım mütləq hakimiyyətə sahib assambleya yaratmaqla hakimiyyəti əldə cəmləşdirməyə çalışan Maduronun onlarla dövlət tərəfindən tənqid olunmasına yol açacaq.

Bis onlara tarixi dərs verəcəyik.
Delsi Rodriquez, Konstitutsiya Assambleyasının prezidenti

Assambleya üzvləri Maduro rəqiblərinin “maxinasiyaları və sabotaj” cəhdlərini əsas gətirərək Venesuelanın “iqtisadi rifahı, suverenliyi və sülh” naminə səlahiyyətləri öz əlinə alan qərara səs veriblər.

Hərçənd ki, qərar Konqresi buraxmır və qanunvericiləri bir araya gəlməkdən saxlamır, faktiki olaraq onun hüquqi səlahiyyətlərini heçə endirir.

“Bis onlara tarixi dərs verəcəyik," deyə konstitutsional assambleyanın prezidenti Delsi Rodriquez hərarətli alqışlarla qarşılanan çıxışında deyib. Assambleya üzvləri yekdilliklə qərara səs veriblər.

Hökumət əleyhdarları dəfələrlə xəbərdarlıq ediblər ki, assambleya müxalifəti basqılara məruz qoyacaq.

Anti-hökumət nümayişçilər Konstitutsiya Assambleyasının təsis olunmasına etiraz edirlər. Karakas, 8 avqust, 2017.
Anti-hökumət nümayişçilər Konstitutsiya Assambleyasının təsis olunmasına etiraz edirlər. Karakas, 8 avqust, 2017.

Venesuelanın sosialist hökumətinə qarşı etiraz dalğası zəminində ölənlərin sayı 100-ü ötüb. Müxalifət tərəfdarları Maduronun hökumətini yartımaz iqtisadi siyasət yürütməkdə və mülkiyyət hüquqlarını pozmaqla ölkəni aclığa sürükləməkdə ittiham edir.

Latın Amerikasının neftlə ən zəngin ölkələrindən biri olan Venesuela sabiq prezident Uqo Çavezin hakimiyyətə gəlməsi ilə sosializm yolunu tutub. Yürüdülən siyasət nəticəsində ölkədə mülkiyyət hüquqları zəiflədilib, investisiya azalıb və istehsalat kəskin şəkildə azalıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG