Accessibility links

Venesuela lideri Donald Trampla üzbəüz görüşmək istəyir


Venesuela prezidenti Nikolas Maduro konstitutsiya assambleyasında çıxış edir. Karakas, Venesuela, 10 avqust, 2017.

Venesuela lideri Nikolas Maduro ona sanksiyalar tətbiq etmiş şəxslə - ABŞ Prezidenti Donald Trampla üzbəüz görüşmək arzusunu dilə gətirib. Maduro bu sanksiyaları “imperialist təcavüz” kimi dəyərləndirib.

545 üzvlük konstitutsiya assambleyası qarşısında üç saatdan çox nitq söyləyən Maduro Venesuela xarici işlər nazirinə təlimat verildiyni bildirib. Təlimata əsasən nazir ABŞ hökumətinə yaxınlaşmalı və Donald Trampla telefon söhbəti təşkil etməyə cəhd göstərməlidir.

Əgər o, Venesuela ilə beılə maraqlanırsa, mən buradayam. Cənab Donald Tramp, bu mənim əlimdir.

Maduro habelə 20 sentyabrda Nyu Yorkda BMT Baş Asssambleyasının toplantısı zamanı Trampla üzbəüz görüşmək imkanını araşdırmağa göstəriş verdiyini deyib. Həmin vaxt BMT Baş Qərargahında bir çox dünya liderləri bir araya gələcək.

“Əgər o, Venesuela ilə belə maraqlanırsa, mən buradayam. Cənab Donald Tramp, bu mənim əlimdir,” Venesuelanın sosialist lideri bəyan edib. O, əlavə edib ki, ABŞ-la Rusiya ilə olduğu kimi güclü əlaqələrin olmasını istəyir.

Maduro bu bəyanatı ABŞ prezidentinə Venesuelanın “heç zaman təslim olmayacağını” deməsindən sonra verib.

Sosialist hökumətin yürütdüyü iqtisadi siyasət ölkəni aclığa düçar etmiş və kütləvi etirazlara yol açmışdır.
Sosialist hökumətin yürütdüyü iqtisadi siyasət ölkəni aclığa düçar etmiş və kütləvi etirazlara yol açmışdır.

Tramp administrasiyası Maduronu “diktator” adlandıraraq, ona və onun onlarla silahdaşına sərt sanksiyalar tətbiq edib. Vaşinqton bu addımı konstitutsiya assambleyasına qeyri-legtim hesab etdiyi seçkilərdən sonra atıb.

Rəsmi Vaşinqton Venesuelada insan haqlarının və demokratik prinsiplərin kobud şəkildə pozulmasından narazılığını ifadə edib.

XS
SM
MD
LG