Accessibility links

Venesuelada Konstitusiya Assambleyasına seçkilər keçirilir


Venesuelada Konstitusiya Assambleyasına seçkilər keçirilir.

Müxalifət xeyli müddətdir ki, bu seçkiyə etiraz edir, bununla bağlı aksiyalarda 100-ə qədər adam ölüb.

Prezident Nikolas Maduronun təşəbbüsü ilə baş tutan seçkilərdə yeni yaradılmış bu assambleyanın üzvləri seçiləcək, onlarsa öz növbəsində Konstitusiyaya dəyişikliklər hazırlayacaq.

Müxalifət hesab edir ki, Konstitusiyanı yalnız xalq referendum yolu ilə dəyişə bilər.

Müxalifət indi ölkə parlamentinə nəzarət edir. Yeni assambleya formalaşandan və Konstitusiya dəyişəndən sonra parlament bir sıra səlahiyyətlərini itirə bilər. ​

Dünyanın ən böyük neft ehtiyatlarından birinə sahib olan Venesuelada dünyada neftin ucuzlaşmasından sonra iqtisadi və siyasi böhran başlayıb.

Müxalifət Maduronu istefaya çağırır.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG