Accessibility links

Venesuela prezidenti yenidən Kubada müalicə olunur


Venesuela prezident Hüqo Çavez xərçəng xəstəliyi ilə bağlı yeni müalicəyə başlamaq üçün Kubaya qayıdıb. O, keçən həftənin şənbə günü axşam Kuba prezidenti Raul Kastro ilə görüşüb.

Cənab Çaves telefon vasitəsilə Venesuela televiziyasına verdiyi müsahibədə radiasiya terapiyasına başladığını bildirib.

Venesuela lideri deyib ki, o, cümə axşamı günü vətənə dönməyi planlaşdırır. O, 3 günlük fasilədən sonra yenidən radiasiya terapiyası alacaq.

Prezident müalicəsinin 4-5 həftə davam edəcəyini dilə gətirib.

XS
SM
MD
LG