Accessibility links

Venesuela seçkilərində namizədlərin böyük əksəriyyəti Sosialistlərin nümayəndələridir


Venesuelada bazar günü keçiriləcək 545 nəfərlik qanunverici quruma seçkilərdə namizədliyini irəli sürmüş 6,120 nəfərdən heç biri müxalifəti təmsil etmir. İndiki hökümətin opponentləri bu seçkilərin dikatorluğa yol açacağını bildirərək, boykot qərarı veriblər.

Namizədlərdən biri prezident Nikolas Maduronun oğlu, digəri isə onun yoldaşıdır. Digər namizədlərin üçdə biri ölkənin sabiq lideri Ugo Çavesin bir vaxt cinayətkar adlandırdığı sosialiast militantlardır.

Tənqidçilər deyirlər ki, Maduro yeni konstitusiya yazmaqdan daha çox, qanunverici qurumda mütləq üstünlük əldə etmək maraqlandırır.

2015-ci ildə qanunverici orqana seçkilər zamanı böyük qələbə əldə etmiş müxalifətin bazar günü keçiriləcək seçkiləri boykot etməsi, namizədlər arasında yalnız iqtidarda olan Sosialist Partiyası və hökümətə yaxın siyasətçilərin olması deməkdir.

Namizədlərin üçdə ikisi bələdiyyə və mərkəzi şəhərlərə ayrılan yerlər üçün mübarizə aparacaqlar. Digərləri isə tələbələr, balıqçılar, fermerlər və digər xüsusi demoqrafik qruplara ayrılmış yerlər üçün yarışacaqlar.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG