Accessibility links

Tramp Venesuela hökumətinin ABŞ-dakı bütün aktivlərinin dondurulmasına göstəriş verib


Prezident Donald Trump indiyədək Nikolas Maduro hökumətinə qarşı ən sərt sanksiyalar irəli sürərək Venesuela hökumətinin Birləşmiş Ştatlardakı bütün aktivlərinin dondurulması haqda göstəriş verib.

Maduro administrasiyası hələlik bu qərara heç bir reaksiya verməyib.

ABŞ və onun müttəfiqləri Maduro hökumətini legitim saymır.

Lakin Maduro prezident Trampın elan etdiyi kimi Venesuelanın blokada edilməsi və ya karantin qoyulması məsələsini nəzərdən keçirməsini rədd edib.

Rusiya və Kuba Maduroya dəstək olaraq artıq bölgəyə hərbi qüvvə göndərib.

Birləşmiş Ştatlar müxalifət lideri Xuan Quaydonu Venesuelanın legitim prezidenti kimi tanıyan ilk ölkə olub.

Müxalifət lideri Xuan Quaydo
Müxalifət lideri Xuan Quaydo

Quaydo Milli Assambleyanın lideri kimi öz konstitusional hüquqlarından istifadə edərək, Madorunu qeyri-qanuni prezident elan edib.

Dünya boyu enerji qiymətlərinin düşməsi, korrupsiya və uğursuz sosialist siyasəti neftlə zəngin Venesuela iqtisadiyyatının dağılmasına və milyonlarla insanın ölkədən qaçmasına səbəb olub.

XS
SM
MD
LG