Accessibility links

Venesuelada prezidentin istefası çağırışları güclənir


Venesuela prezidenti Nikola Maduro istefa çağırışlarına baxmayaraq, fövqəladə vəziyyətlər haqda sərəncamını müdafiə etməyə söz verib.

Polisin hökumət əleyhdarı etirazçılarla toqquşmasından bir neçə saat sonra milli televiziyada müraciətində Maduro müxalifətin nəzarət etdiyi Milli Assambleyanın onun əleyhinə işlədiyini deyib.

Venesuela prezidenti Nikola Maduro
Venesuela prezidenti Nikola Maduro

Maduro bəzi venesuelalılar və Birləşmiş Ştatların onu devirməyə cəhd göstərdiyini deyərək, 60 gün müddətinə özünə fərman vermək səlahiyyəti verib.

Müxalifət inanır ki, Maduro hökuməti bu ölçülərlə panikaya düşdüyünü nümayiş etdirir.

Ölkədə keçirilmiş rəy sorğularına görə, venesuelalıların 70 faizi Maduronun bu il hakimiyyətdən getməli olduğuna inanır.

Lakin hakimiyyətdə olan Sosialist partiyasının rəsmiləri bu il ərzində referendumun təşkil edilməsinə vaxt olmadığını bildirib.

XS
SM
MD
LG