Venesuelada hökumət əleyhinə nümayişçilər paytaxt və bir neçə şəhərdə əsas yolları bağlayaraq, solçu prezident Nikolas Madurodan milli seçkilər keçirilməsini tələb edir.
Artıq 4-cü həftədir ki, etirazçılar yürüşlərini davam etdirir.
Nikolas Maduro milyonlarla etirazçının tələb etdiyi erkən prezident seçkisinin əvəzinə yerli seçkilərin keçirilməsinə çağırıb.
Bundan əlavə xalqa həftəlik müraciətində Maduro müxalifət düşərgəsi ilə danışıqların bərpasına da çağırıb.
Nümayişçilər ötən ilə planlaşdırılan prezidet seçkisinin erkən keçirilməsinə və Maduronun istefasına çağırır. Hökümət isə bunu rədd edir.
Şənbə günü Venesuela boyu etirazçılar dinc, sakit yürüş keçirərək ölənlərin xatirəsini yad ediblər.
Son günlər 2 nəfərin ölümü ilə qarşıdurmalar zamanı ölənlərin sayı 23 çatıb.
Demək olar hər gün keçirilən etirazlar Ali Məhkəmənin müxalifətin nəzarət etdiyi Konqresin səlahiyyətlərini ələ keçirməyə cəhd etməsindən sonra başlayıb.
İnsan haqları qrupları deyir ki, mindən çox insan nəzarət altına alınıb, onların 700-dən çoxu isə hələ də həbsdədir.
Müxalifət höküməti Venesuelanın bir zamanlar inkişaf edən iqtisadiyyatının çökməsinə səbəb olmaqda günahlandırır. İqtisadi tənəzzül səbəbilə ölkədə ərzaq və dərman çatışmazlığı yaranıb.