Accessibility links

Suda batan mühacirlərin axtarışı dayandırılıb


Hollandiya rəsmiləri Kurakao adasına istiqamət götürən venesuelalı mühacirlərlə dolu qayığın batmasından bir gün sonra 28 nəfərin axtarışını dayandırıb.

Kurakao adasının sahilində dörd cəsəd aşkar edilib.

Sahilə üzüb çıxa bilən iki nəfər isə həbsə alınıb.

Faciə haqda məlumat yayıldıqdan sonra qayıqda olan gənclərin bəzilərinin qohumları biri-birinə təsəlli verməyə başlayıb.

“Bu faciə dəhşətlidir. O oğlanlar nə zamansa uşaqlarına kömək edə bilmək üçün qayıtmaq ümidi ilə yola çıxmışdı. Onlar Venesuelada vəziyyətin ağır olduğundan ölkələrini tərk etmişdir” - deyə, mühacirlərdən birinin qohumu, İnes Molero bildirib.

Sahildə aşkar edilən paltarların həlak olmuş mühacirlərə məxsus olduğuna inanılır. Həmin yerdən bir qədər aralıda isə qayığın hissələri aşkar edilib. Bu hissələrin qayaya çırpılaraq dağılan qayığın hissələri olduğu ehtimal edilir.

Venesuelanın Falkon ştatının müxalif qanunvericisi deyib ki, qayığın hər bir sərnişini insan qaçaqmalçılarına təxminən 100 dollar verib.

Venesuela prezidenti Nikolas Maduro ötən həftə Kurakao, Aruba və Bonair adalarına hava və su embarqosu tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG