Accessibility links

Çərşənbə axşamı Venesuelanın paytaxtında hökümət əleyhinə nümayişçilərlə təhlükəsilik qüvvələri arasında qarşıdurma yaşanıb. Ölkədaxili və xaricdə demokratik normaları bərpa etməsi və illərdir davam edən siyasi və humanitar böhrana son qoyması üçün prezident Nikola Maduroya qarşı təzyiqlər artır.

Karakasda Milli Assambleya binasına doğru yürüyən etirazçılara polis təzyiqli su və bibər qazı atıb.

Huan Requesens
Huan Requesens

Ötən çərşənbə hakimlər parlamentin nəzarətini ələ keçiriməyə qərar verdiklərini elan etmişdi. Tənqidçilər isə iddia edirdi ki, bu qərar Maduronun ölkəni diktaturaya doğru aparacaq.

Şənbə günü Ali Məhkəmə həmin qərarı ləğv etdi.

Çərşənbə axşamı yaşanan iğtişaş bazar ertəsi Amerika Dövlətləri Təşkilatının fövqəladə iclas zamanı Venesuela Ali Məhkəməsinin qərarlarını “qeyri-konstitusional və demokratik prisiplərə zidd” olduğunu elan edən qətnamə qəbul etməsindən bir neçə saat sonraya təsadüf edir.

Neft qiymətləri düşməyə başlayandan bəri neftlə zəngin Cənubi Amerika ölkəsində kəskin ərzaq çatışmazlığı yaşanır.

XS
SM
MD
LG