20 ilə qədər həbs olunmaq.
Bu həftə Venesuelanın Seçilmişlər Məclisi tərəfindən qəbul olunmuş anti-nifrət qanuna əsasən nəzərdə tutulan maksimum cəzadır.Qanun Venesuelalılara televiziya, radio, sosial media platformaları vasitəsilə zorakı və ya nifrət məzmunlu məlumatların yayılmasını qadağan edir.
Hökumət liderləri qanunun sülh danışıqlarının təbliğinə xidmət etdiyini bildirsələr də, ABŞ Dövlət Departamenti bunun söz azadlığına təhdid olduğunu qeyd edib.
“Rejimi vaxt itirmədən qanunu qüvvəyə mindirdi. Maduro rejimi özünün diktatura kimi aparmağa davam etdiyi təqdirdə, biz ABŞ-ın iqtisadi və diplomatik gücündən istifadə edərək Venesuela xalqının yanında olmağa davam edəcək. Buna görə də bu gün ABŞ Venesuela demokratiyasını zəiflətməyə çalışan hökümət rəsmilərinə qarşı sanksiyalar elan edir." - bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Heter Nuert bildirib.
Bu sanksiyalar cümə axşamı maliyyə nazirliyi rəsmiləri tərəfindən açıqlanan, fırıldaqçılıq və korrupsiyanın qarşısını alınması ilə bağlı olan bəyanatın bir hissəsidir.
Prezident Maduronun tənqidçilərinin sözlərinə görə, anti-nifrət qanunu müxalifətin səsini boğmaq üçün vasitədir.
Maduro qanun dəyişikliyini bu il ölkədə iqtisadi və siyasi böhranın pisləşməsinə səbəb olan milyonlarla insanın küçələrə çıxaraq etiraz etməsindən sonra təklif edib.
Bir sıra analitiklər düşünür ki, baş verən son gərginliklər ölkə tarixinə keşməkeşli bölməsi kimi düşəcək.