Accessibility links

Nikolas Maduro Braziliya ilə sərhədi bağladı


Venesuela prezidenti Nikolas Maduro ölkəyə göndərilən humanitar yardımın qarşısını almaq üçün Brazilya ilə sərhədi bağlayıb və Kolumbiya ilə də sərhədi bağlamaqla hədələyir.

Maduro ABŞ işğalının başlanğıcı hesab etdiyi yardımdan imtina etməyə söz verib.

“Ümid edək ki, Kolumbiya prezidenti İvan Duke ABŞ prezidenti Donald Trampın sərhəddə zorakılıq əmrlərini yerinə yetirməyəcək. Mən Kolumbiya və Venesuela sərhədində ola biləcək hər hansı zorakılığa görə Ivan Dukeni məsul tuturam", Venesuela prezidenti Nikolas Maduro.

Braziliya sərhədi yaxınlığında yerləşən Kumarakapay şəhərində qüvvələrin atəşi nəticəsində bir mülki vətəndan öldürülüb, bir neçə adam xəsarət alıb.

Venesuelalılar ölkəni tərk edirlər, Simon Bolivar beynəlxalq körpüsü, 21 fevral, 2019-cu il.
Venesuelalılar ölkəni tərk edirlər, Simon Bolivar beynəlxalq körpüsü, 21 fevral, 2019-cu il.

Əsasən ABŞ-dan gələn bir tondan çox ərzaq, dərman və digər yardımlarla dolu yük maşınları Kolumbiya ilə Venesuela arasındakı sərhəd körpü yaxınlığındakı anbarlardadır.

Müxalifət lideri və özünü Venesuelanın müvəqqəti prezidenti elan edən Xuan Quaydo hərbi güc təhdidinə baxmayaraq şənbə günü yardımları ölkəyə daxil edəcəyinə söz verib.

Bir sıra Avropa ölkələri tərəfindən rəsmən prezident kimi tanınan Venesuela Parlamentinin sədri Xuan Quaydo ilk fərmanını imzalayıb. Sənəd humanitar yardımlar və sərhədlərin açılmasına dairdir.

Quyado qərarın bir surətini Twitter hesabında yayıb.

Maduro Quaydo ilə görüşməyi təklif edib, lakin erkən seçkilərin keçirilməsinə və ya istefa etməkdən imtina edib.

Qlobal enerji qiymətlərinin düşməsi, korrupsiya və sarsıdıcı siyasət neftlə zəngin Venesuelanın iqtisadiyyatını çökdürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. AXCP fəalı həbs edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Ukraynaya 31 Abrams tankı göndərəcək. Azərbaycanın dövlət büdcəsi.
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG