Accessibility links

Venesuelada siyasi böhran dərinləşir


Venesuelada on minlərlə insanın bir neçə şəhərdə küçələrə çıxması və müxalifət liderlərinin ümummilli tətilə çağırması ilə siyasi böhran dərinləşməkdədir.

Paytaxt Karakasda dünən nümayişçilər şəhərin mühüm nöqtələrinə istiqamət aldığı bir vaxt bəzi məktəblər və dükanlar bağlanıb. Nümayişçilər prezident Nikolas Maduroya qarşı kampaniyaya dəstək çağırışları edib.

Çünki mən daha yaxşı ölkə istəyirəm, heç nə edə bilməməyimizdən, hüquqlarımızın məhdudlaşdırılmasından bezmişəm. İndi layiq olduğumuz kimi yaşamağımızın vaxtıdır.
Nümayişçi

"Çünki mən daha yaxşı ölkə istəyirəm, heç nə edə bilməməyimizdən, hüquqlarımızın məhdudlaşdırılmasından bezmişəm. İndi layiq olduğumuz kimi yaşamağımızın vaxtıdır" - deyə nümayişçi Huan Padilla bildirir.

Müxalifət cümə günü işçilərin 12 saatlıq tətilinə çağırıb. Bu da ölkənin yaşadığı ciddi iqtisadi böhrana görə Maduronu cavabdeh tutmaq mahiyyəti daşıyır.

Nümayişlərdən bir neçə saat sonra Madura televiziya ilə yayımlanan çıxışında siyasi birliyə çağırıb.

Sorğular göstərir ki, venesuelalıların 75 faizi Maduronun hakimiyyətdən getməsini istəyir və onu ölkədə yaşayış standartlarının məhvində günahlandırır. Maduro isə bunu kapitalist konspirasiyası adlandırır.

XS
SM
MD
LG