Accessibility links

Venesiyada baş verən avtobus qəzasında 21 nəfər həyatını itirib


İtaliyanın Venesiya şəhərində bir avtobusun 15 metr hündürlükdən dərəyə düşməsi nəticəsində 21 nəfər ölüb, azı 15 nəfər yaralanıb. Əksəriyyəti xarici olmaqla avtobusdakı sərnişinlər yaxınlıqdakı kampinqdən qayıdırdılar.

Çərşənbə axşamı gecə baş verən qəzada ölənlər arasında avtobus sürücüsü daxil olmaq, azı beşi ukraynalı və bir Almaniya vətəndaşı olub.

Venesiya prefekturasının rəsmisi Mişelli Di Bari qəzada ölənlərin azı ikisinin uşaq, qalanların çoxunun gənc olduğunu deyib. Xəstəxana rəsmilərinin bildirdiyinə görə, Ukraynadan 3 yaşlı bir qız uşağı da daxil olmaqla, doqquz nəfər ağır vəziyyətdədir.

Çərşənbə günü yanğınsöndürənlər qəzanın baş verdiyi yeri təmizləməyə çalışıb.

Çərşənbə axşamı axşam saatlarında xarici turistləri daşıyan avtobus Venesiyanın Piazzale Roma şəhərindən Hu çadır düşərgəsinə gedərkən Mestre ərazisində dəmiryol relslərinin yanındakı yerüstü keçiddən düşərək, alovlanıb. Turistlər yaşayış yerləri daha ucuz olduğu üçün çox zaman Venesiyanın məşhur tarixi mərkəzindəki gölün digər tərəfindəki ərazilərdə qalır.

Forum

XS
SM
MD
LG