Accessibility links

Venesiya daşqınlar altındadır


Italiyanın baş naziri Cüzeppe Konte Venesiyadakı daşqınla bağlı milli məclisin növbədənkənar iclas keçirəcəyini bildirib. İclasda su altında qalan şəhəri bərpa etmək üçün maddi vəsaitin ayrılması məsələsi müzakirə olunacaq.

Konte çərşəmbə günü tarixi San Marko meydanını ziyarət edib və yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb.

“Hal-hazırda şəhərə dəyən maddi ziyanın həcmi hesablanır. Aydındır ki, bütün yerli hakimiyyət orqanları ilə görüşdük, lakin dəyən ziyanı ölçmək iqtidarında deyilik, xüsusi bir araşdırma aparmaq lazımdır. Qubernatordan (Veneto bölgəsi, Luca) fövqəladə vəziyyət elan etməsini istədik. Sabah bu istəyi nəzərə alacaq bir texniki kabinet iclası keçirəcəyik və bu mərhələdə fövqəladə vəziyyətdən imtina üçün heç bir səbəb olmadığını və ilk vəsaitləri ayıracağımızı düşünürəm.”

Venesiyada son 50 ildə görülən ən güclü daşqına səbəb güclü yağışlarla dolu ayın üst-üstə düşməsi olub.

XS
SM
MD
LG