Accessibility links

Donald Trampın vergi məlumatlarının açıqlaması tələbi ilə yürüşlər keçirilib


Nyu-York da daxil edilməklə, ABŞ-ın onlarla şəhərində prezident Donald Trampın vergi məlumatlarının açıqlaması tələbi ilə yürüşlər keçirilib. Tramp isə iddia edir ki, ictimaiyyət onun vergi işi ilə maraqlanmır.

Nyu-York
Nyu-York

150 şəhərdə "Vergi yürüşü"nün təşkilatçıları Trampın son 40 il ərzində sələflərinin vergi qayıdışlarını açıqlması ənənəsinə məhəl qoymamasına diqqət cəlb edilməsinə çalışdıqlarını deyib.

Trampın vergi əleyhdarları ilə mühafizəkar qruplar arasında qarşıdurma olub.

Polis qarşıdurmalara müdaxil edib, nümayişçiləri təmkinli olmağa səsləyib.

Nyu-York
Nyu-York

Ən böyük iki nümayiş Los Anjeles və Nyu-Yorkda qeydə alınıb. Hər yürüşə 5 mindən çox nümayişçinin qatıldığı bildirilsə də, bu haqda rəsmi məlumat açıqlanmayıb.

Yürüşlər Amerikada aprelin 15-i son möhləti olan vergilərin hesablanması gününə təsadüf edib. Bu il bu müddət bayramlara görə aprelin 18-dək uzadılıb.

XS
SM
MD
LG