Accessibility links

Vergilər Nazirliyi Turan agentliyində axtarış aparır [Videolar]


Avqustun 16-da səhər Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentininin əməkdaşları Turan agentliyində yoxlamaya başlayıblar. Onlar sənədləri götürür, əməkdaşların şəxsi əşyalarını yoxlayırlar. Yoxlama və sənədlərin götürülməsi prosesini çəkməyə icazə verməyiblər.

Vergi nümayəndələri yoxlama və götürmə barədə sanksiyaya dair sənədin surətini verməyiblər, ancaq tanış olmaq üçün göstəriblər.

Yoxlama davam edir.

Turan-a qarşı cinayət işi avqustun 7-də başlayıb.

Vergi nümayəndələri 2014-2016-cı illərdə 37 min manat məbləğində vergidən yayınmanın olduğunu bildirir.

Agentlik bunu qəti şəkildə inkar edir, cinayət işini qanunsuz və sifarişli hesab edir. Turan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentini və cinayət işinə təşəbbüs göstərən Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

XS
SM
MD
LG