Accessibility links

Vergilər nazirliyində 64 nəfər vəzifəsindən azad edilib


Vergilər Nazirliyi-rəsmi sayt
Vergilər Nazirliyi-rəsmi sayt

Vergilər nazirinin əmri ilə 64 vəzifəli şəxs tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb. Bu barədə Azərbaycan Vergilər Nazirliyi məlumat yayıb. Vəzifədən azad edilənlər arasında nazir müşavirləri, bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.

"Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.

Struktur və institusional dəyişikliklərdə məqsəd sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılmasıdır", məlumatda deyilir.

Vergilər naziri Fazil Məmmədov 2017-ci il dekabrın 5-də vəzifəsindən azad edilib. Onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib. Yeni nazir hazırda öz komandasını formalaşdırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG